“EU4Business: Connecting Companies” layihəsi çərçivəsində tərəfdaşların tapılmasına dair tədbir keçiriləcək 

“EU4Business: Connecting Companies” layihəsi çərçivəsində tərəfdaşların tapılmasına dair tədbir keçiriləcək 


Aİ-nin maliyyələşdirdiyi “EU4Business: Connecting Companies” layihəsi (EU4BCC) biznesə dəstək təşkilatlarını və kiçik və orta ölçülü sahibkarlıq müəssisələrini fevralın 15-də keçiriləcək tərəfdaşların tapılmasına dair tədbirində iştirak etməyə dəvət edir.

Bu onlayn tədbir iştirakçılara videoformat şəklində görüşməyə və bir sıra sektorlarda gələcək əməkdaşlıqların əsasını qoymağa imkan verəcək. Bu sektorlar arasında bio-orqanik qida, yaradıcılıq sənayesi, tekstil, turizm və şərab istehsalı var. 

Tədbirdə “EU4Business: Connecting Companies” layihəsinə qoşulan 500 biznesə dəstək təşkilatının və KOB-un iştirakı gözlənilir.

“EU4Business: Connecting Companies” layihəsi (EU4BCC) EUROCHAMBRES tərəfindən idarə olunan layihədir. Avropa İttifaqının EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirilən bu layihənin məqsədi Aİ və ŞT ölkələri arasında ticarəti təşviq etməkdir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Fevral 15, 2022

İMKANIN NÖVÜ




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,