Avropa Təlim Fondu (ETF) yaşıl iqtisadiyyata keçidin gücləndirilməsində bacarıqların rolu haqqında qabaqcıl təcrübə nümunələrinin və hekayələrin qəbuluna başlayıb. Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşları da müsabiqə üçün müraciət etmə şansına malikdirlər.
Müsabiqə dünyanın hər yerindən təhsil və məşğulluq sahəsində çalışan qanunvericilərin və təcrübəçilərin daha yaşıl və daha ədalətli iqtisadiyyat və cəmiyyətə necə töhfə verə biləcəyinə dair ideya və ilham mənbəyi rolunu oynayır.
ETF müəssisə, təlim təminatçıları, sənaye sektorları, ictimai qurumlar və məşğulluq xidmətləri, məktəblər, şirkətlər və sahibkarlıq müəssisələrindən hekayələr qəbul edəcək.
Qaliblərə “Yaşıl Bacarıqlar Mükafatı” təqdim olunacaq. Finalçılar haqqında məqalələr nüfuzlu dərgilərdə və ETF və onun beynəlxalq tərəfdaşlarının onlayn kanallarında dərc ediləcək. ETF finalçılar haqqında qısa roliklər hazırlayacaq və onların hekayələrini dünyanın müxtəlif yerlərində yeni auditoriyalara çatdıracaq.
Müraciət etmək üçün İngilis, Fransız, yaxud Rus dilində onlayn ərizə formasını doldurun və 23 aprel 2023-cü il tarixinə qədər təqdim edin.
Daha çox öyrən
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,