Avropa Komissiyası beynəlxalq siyasi iqtisadiyyat və iqtisadiyyat sahəsində institusionalist yanaşmalarla maraqlanan şəxsləri Qlobal Keçid üzrə İqtisadi Siyasətlər (EPOG+) proqramına müraciət etməyə dəvət edir.
Bu, Aİ tərəfindən dəstəklənən və gələcəyin problemlərinin həllinə yönəlmiş ikiillik, inteqrasiya olunmuş, dünya səviyyəli magistr proqramıdır. Proqram iqtisadi siyasətin qarşılıqlı asılılıqlarını daha geniş izah etməklə konkret sahələr üzrə müasir bilik və bacarıqlara malik ekspertlər və yüksək ixtisaslı tədqiqatçılar tərəfindən hazırlanır.
Seçilmiş ixtisasdan asılı olaraq (A – bilik, innovasiya və rəqəmsal keçid; B – makroiqtisadiyyat, maliyyə və sosial-iqtisadi keçid; C – inkişaf, dayanıqlı inkişaf və ekoloji keçid) tədrisin ilk ili Avropanın müxtəlif universitetlərində keçiriləcək. Kurslar İngilis dilində tədris olunacaq.
Şərq Tərəfdaşlığı ölkələrindən olan tələbələr aylıq 1 000 avro müavinətin və səyahət və yerləşmə xərcləri üçün 5 000-7 000 avro vəsaitin ödənildiyi təqaüd üçün müraciət edə bilərlər.
Müraciət üçün son tarix 31 yanvar 2022-ci ildir.
Daha çox öyrən
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,