“Enerji İcması Yay Məktəbi 2023” üçün ərizə qəbuluna başlandı!
Yanvar 19, 2023

“Enerji İcması Yay Məktəbi 2023” üçün ərizə qəbuluna başlandı!


Enerji İcması Yay Məktəbi 48 tələbə və gənc mütəxəssisə bərpa olunan enerji mənbələrinə keçid haqqında dərin biliklər əldə etmək üçün unikal imkan təqdim edir. Yay Məktəbi 2023-cü il 19-26 avqust tarixləri arasında Belqrad Universitetinin Siyasi Elmlər Fakültəsində təşkil olunacaq. 

Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan tələbələr ərizə ilə müraciət edə bilər. Qeyd edək ki, Yay Məktəbində iştirak ödənişsizdir.

Yay Məktəbi yüksək motivasiyalı tələbələr (magistr və ya doktorantura), enerji sahəsində çalışan tədqiqatçılar, dövlət qurumları, şirkətlər, beyin mərkəzləri, QHT-lər və digər müvafiq sahələrdən gənc mütəxəssislər üçün nəzərdə tutulub. Bu il üzrə proqram tezliklə onlayn olaraq dərc olunacaq.

Son müraciət tarixi martın 31-dir.

2023-cü il Yay Məktəbi Vişeqrad Fondu, Friedrich-Ebert-Stiftung – Dialoq Cənub-Şərqi Avropa (FES SOE) və Belqrad Universitetinin Siyasi Elmlər Fakültəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Mart 31, 2023


ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,