Enerji İcması Yay Məktəbi üçün ərizələrin qəbuluna başlanılıb

Enerji İcması Yay Məktəbi üçün ərizələrin qəbuluna başlanılıb


Enerji İcması Katibliyi “Enerji İcması Yay Məktəbi 2022” üçün ərizələrin qəbuluna başlayıb. Yay Məktəbi 48 aspirant və gənc mütəxəssisə bərpa olunan enerji mənbələrinə keçid haqqında dərin biliklər əldə etmək, mübadilə aparmaq və bu sektorun gələcəyini formalaşdırmaq üçün unikal imkanlar yaradır.

Bu ilki Yay Məktəbi 20-27 avqust 2022-ci il tarixlərində Bosniya və Herseqovinanın Sarayevo Universitetində keçiriləcək. Şərq Tərəfdaşlığı ölkələrindən olan tələbələr və mütəxəssislər Məktəbdə pulsuz iştirak edə bilərlər. Enerji İcması Yay Məktəbi Şurası seçim meyarlarına əsasən ən yaxşı namizədləri seçməyi planlaşdırır. 

Ərizələrin son qəbulu tarixi 31 mart 2022-ci ildir. 

2022-ci il Yay Məktəbi Vişeqrad Fondu, Friedrich-Ebert-Stiftung – Dialoq Cənub-Şərqi Avropa (FES SOE) və Sarayevo Universitetinin Siyasi Elmlər Fakültəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Mart 31, 2022

İMKANIN NÖVÜ




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,