ClimateLaunchpad müsabiqəsi: Azərbaycan və Ukraynada yaşıl texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edə bilərlər

ClimateLaunchpad müsabiqəsi: Azərbaycan və Ukraynada yaşıl texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edə bilərlər


Avropa İttifaqı tərəfindən birgə maliyyələşdirilən “ClimateLaunchpad” müsabiqəsi dünyada yaşıl texnologiyalar sahəsində biznes ideyalarının kəşf olunduğu ən böyük müsabiqədir. Azərbaycan və Ukraynada dayanıqlı yerdəyişmə, dairəvi iqtisadiyyat, şəhərlər üçün texnoloji həllər, bərpa olunan enerji mənbələri, qida sistemləri, mavi iqtisadiyyat və digər əlaqəli sahələrdə çalışan startaplar müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər. 

Müsabiqənin yerli və regional finallarında mükafatlar ölkə və regiona görə fərqlənir. Qlobal finalın əsas qalibi 10 000 avro, ikinci yerin sahibi 5 000 avro və üçüncü yerin sahibi 2 500 avro ilə mükafatlandırılacaq.

Qlobal final mərhələsində iştirak etmək üçün yarımfinalda münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı 16 komanda avtomatik qaydada ClimateLaunchpad sürətləndiricisinə birbaşa çıxış imkanı əldə edəcək.

Azərbaycan şirkətləri üçün müraciətlərin son qəbulu tarixi iyunun 19-dur. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

İyun 19, 2022

İMKANIN NÖVÜ




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,