Bakıda keçiriləcək Qida Hakatonuna siz də qatılın!

Bakıda keçiriləcək Qida Hakatonuna siz də qatılın!


27-28 noyabr tarixlərində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi kənd təsərrüfatında innovasiyaların tətbiqini sürətləndirmək, yerli istehsal olan ərzaq məhsullarının istehlakını artırmaq və böyük şəhərlərdə yaradıcı istifadə yolları tapmaq məqsədilə “Bakı Qida Hakatonu” adlı tədbir təşkil edir.

Tədbir Aİ-nın maliyyələşdirdiyi “AgroVision” layihəsi və Gənc Avropa Səfirləri ilə birgə təşkil olunur.

İki günlük tədbirə Bakıda fəaliyyət göstərən İT və startap icmalarının nümayəndələri və regionlardan gələn yerli qida istehsalçıları qatılacaq. İştirakçı komandalara layihələrin hazırlaması işində kənd təsərrüfatı, turizm və innovasiyalar sahəsində yerli və beynəlxalq ekspertlər tərəfindən dəstək veriləcək. Qalib komanda 5000 avro, ikinci və üçüncü yeri tutan komandaların hər biri isə müvafiq olaraq 3000 avro və 1000 avro qazanacaq.

Hakaton Bakıda oflayn formatda keçiriləcək. Hakatonda iştirak etmək istəyən komandalar noyabrın 21-nə qədər müraciət etməlidirlər.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Müraciət forması

BAĞLANIŞ TARİXİ:

Noyabr 21, 2021



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,