Azərbaycanda keçiriləcək Avropa məktəbi üçün ərizə qəbuluna başlanılıb
May 31, 2022

Azərbaycanda keçiriləcək Avropa məktəbi üçün ərizə qəbuluna başlanılıb


Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Azərbaycanlı gəncləri bu ölkədə 5-ci dəfə keçiriləcək Avropa məktəbində (EuroSchool) iştirak etməyə dəvət edir. 2-4 avqust 2022-ci il tarixlərində keçiriləcək bu ilki məktəb Azərbaycanın rayonlarından birində təşkil olunacaq. 

İştirakçılar interaktiv formada Aİ, onun tarixi, fundamental prinsipləri və dəyərləri, qanunvericiliyin uyğunlaşdırılması və uzlaşdırılması prosesi, enerji və ətraf mühit məsələləri, Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı təşəbbüsü və Aİ-Azərbaycan münasibətləri haqqında ətraflı öyrənmək imkanı əldə edəcəklər.

Bundan əlavə, “EU NEIGHBOURS east” proqramının nümayəndələri iştirakçıları Gənc Avropa Səfirləri şəbəkəsi ilə tanış edəcəklər. Bu şəbəkədə Aİ-yə üzv dövlətlərdən və Azərbaycan daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrindən fəal gənclər toplanıb.

Təlimlər İngilis dilində keçiriləcək. Aİ-nin Azərbaycandakı Nümayəndəliyi iştirakçıları Bakıdan rayonlara nəqliyyat vasitəsi, qidalanma və gecələmə (ikinəfərlik otaqlar) ilə təmin edəcək.

Seçim meyarları:

  • 18-25 yaş arası Azərbaycan vətəndaşları;
  • Universitet tələbələri və ya məzunlar;
  • İngilis dilində sərbəst danışıq;
  • Beynəlxalq münasibətlər, Avropa İttifaqı, siyasi elmlər, beynəlxalq ticarət, təhsil və ya enerji məsələlərində maraqlı olan şəxslər;
  • Avropa məktəbində tam iştirak etmək imkanı olan şəxslər;

Müraciət üçün son tarix iyunun 19-dur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

İyun 19, 2022

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,