Azərbaycanda dayanıqlı həyat tərzinin təşviqinə yönəlmiş müsabiqə – 18 mart son müraciət tarixidir 
Mart 10, 2023

Azərbaycanda dayanıqlı həyat tərzinin təşviqinə yönəlmiş müsabiqə – 18 mart son müraciət tarixidir 


Aİ tərəfindən maliyyələşdirilən “EU4Environment” proqramının Azərbaycandakı fəaliyyətləri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Azərbaycan ictimaiyyəti arasında dayanıqlı həyat tərzi və istehlak seçimlərini təşviq etmək məqsədilə ictimai maarifləndirmə kampaniyasına başlayır.

Kampaniyada ənənəvi media və sosial şəbəkələr vasitəsilə ən azı 1 milyon Azərbaycan vətəndaşını əhatə etmək nəzərdə tutulub.

İcraçı tərəfdaş mesaj, vizual görüntülər, video və animasiyaların hazırlanmasına texniki və əsaslı dəstək verəcək və bu materialların Aİ tərəfindən maliyyələşdirilən proqram çərçivəsində Azərbaycanda ənənəvi kütləvi informasiya vasitələri (məsələn, televiziya, radio, mətbuat) və sosial media vasitəsilə yayılmasında və təşviqində iştirak edəcək.

Müsabiqədə Azərbaycanda yerləşən və bu ölkədə qeydiyyatdan keçmiş, yerli icmaya yönəlmiş kommunikasiya kampaniyalarında təcrübəyə malik qeyri-hökumət təşkilatları, qeyri-kommersiya tipli təşkilatlar, media şirkətləri, analitik şirkətlər və tədqiqat mərkəzləri iştirak edə bilər. 

Maksimum maliyyələşdirmə zərfi 70 000 ABŞ dolları (bütün xərclər daxildir) təşkil edir.  

Ərizə ilə müraciət üçün son tarix 18 martdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Mart 18, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,