Azərbaycan: Aİ və BMTİP VCT-ləri və sosial yönümlü sahibkarları təlim düşərgəsində iştirak etməyə dəvət edir 
Mart 14, 2023

Azərbaycan: Aİ və BMTİP VCT-ləri və sosial yönümlü sahibkarları təlim düşərgəsində iştirak etməyə dəvət edir 


Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) Azərbaycanda fəaliyyət göstərən sosial yönümlü sahibkarları və vətəndaş cəmiyyəti təşkilatlarını (VCT-lər) ideyaların yaradılmasına yönəlmiş təlim düşərgəsində (bootcamp) iştirak etməyə dəvət edir. 

Tədbirin məqsədi kreativ düşüncə tərzini təşviq etmək, eləcə də gəlir gətirən və Dayanıqlı İnkişaf Məqsədlərində (DİM-lər) təsbit olunmuş problemlərin həllinə kömək edən innovativ biznes ideyaları yaratmaqdır. 

Tədbir Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində təşkil olunub.  

Müraciət üçün son tarix mart ayının 30-dur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Mart 30, 2023

İMKANIN NÖVÜ



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,