Azərbaycan: Aİ və BMTİP iyun ayında Bakıda Peşə təhsili üzrə festivalın təşkilini dəstəkləyəcək
İyun 1, 2023

Azərbaycan: Aİ və BMTİP iyun ayında Bakıda Peşə təhsili üzrə festivalın təşkilini dəstəkləyəcək


İyunun 10-da Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə əməkdaşlığı ilə Bakıda “Bir peşənin sirri” adlı festival təşkil olunacaq. Festival Dənizkənarı Bulvar ərazisindəki “Saat meydanı” yaxınlığında keçiriləcək.

Tədbirin keçirilməsində əsas məqsəd peşə təhsili haqqında məlumatlılığı artırmaq, gənclərin, valideynlərin və digər maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təşviq etməkdir.

Festivalda qonaqları peşə təhsil müəssisələrinin turizm, sənaye, sənətkarlıq, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər və ustad dərsləri gözləyir. Bununla yanaşı, tədbir iştirakçıları üçün “WorldSkills Azerbaijan” platforması çərçivəsində əyləncəli oyunların və viktorinaların keçirilməsi nəzərdə tutulub.

Festivala Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,