“Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları (VCT-lər) üçün kiçik qrant proqramlarının icrasına başlayır. Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçirilən bu layihə çərçivəsində VCT-lər üçün iki qrant proqramı elan edilir.
Birinci qrant proqramı VCT-lərin yerli inkişafda iştirakını dəstəkləmək məqsədi daşıyır. İkinci qrant proqramı isə dəlilə əsaslanan siyasətlərin hazırlanmasında, siyasətlərə dair dialoqda və müzakirələrdə vətəndaş cəmiyyəti təşkilatlarının iştirakını dəstəkləmək məqsədi daşıyır.
Əsasən gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, iqlim dəyişikliyi və COVID-19 pandemiyası ilə mübarizə kimi prioritet mövzular ətrafında layihə fəaliyyətləri dəstəklənəcək. Proqram ilə bağlı 25 may 2022-ci il tarixində məlumat xarakterli onlayn tədbir keçiriləcək. Ərizələrin son qəbulu tarixi iyunun 24-dür.
Daha çox öyrən
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,