Azərbaycanda meyvə-tərəvəz istehsalçıları arasında elan edilən qrant müsabiqəsinə müraciətin son tarixi 24 mayadək uzadıldı
May 14, 2024

Azərbaycanda meyvə-tərəvəz istehsalçıları arasında elan edilən qrant müsabiqəsinə müraciətin son tarixi 24 mayadək uzadıldı


EU4Lankaran proqramı Lənkəran-Astara İqtisadi Rayonunda meyvə-tərəvəz sektorunda fəaliyyət göstərən istehsalçılar arasında elan edilən qrant müsabiqəsinə müraciətin son tarixini 24 mayadək uzadıb.

Müsabiqə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçirilən “Lənkəran-Astara iqtisadi regionunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi” layihəsi çərçivəsində elan edilib.

Layihə meyvə-tərəvəz emalı sektorunda çalışan sahibkarlara müasir (istehsal/emal/logistika/marketinq) alətlər və xidmətlər təqdim etməklə onların potensialını artırmaq məqsədi daşıyır.

Müsabiqədə azı 35 benefisiar seçiləcək və onlara ümumi məbləği 3 milyon avroya çatan dəstək mexanizmlərindən yararlanmaq imkanı veriləcək. Ailə üzvləri daxil olmaqla kəndlərdə yaşayan ümumilikdə 3 000 şəxsin bütün səviyyələrdə layihədən faydalanacağı gözlənilir.  

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Elan

BAĞLANIŞ TARİXİ:

May 24, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,