Azərbaycanda fəaliyyət göstərən QHT-lər insan hüquqları sahəsində əməkdaşlığa dəvət olunur

Azərbaycanda fəaliyyət göstərən QHT-lər insan hüquqları sahəsində əməkdaşlığa dəvət olunur


Avropa İttifaqı (Aİ) “Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində bu sahədə fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarını əməkdaşlığa dəvət edir.  

Aİ-nin maliyyələşdirdiyi bu layihə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) tərəfindən icra olunur.

İnsan hüquqlarının müdafiəsi və bununla əlaqəli digər fəaliyyətlərə (iqtisadi və sosial hüquqlar, qadın hüquqları, uşaq hüquqları və əlillik hüquqları) yönəlmiş layihələr üçün maksimum 37 500 ABŞ dollarının ayrılması nəzərdə tutulub. BMT-nin insan hüquqları üzrə müqavilə qurumları və UPR daxil olmaqla, BMT-nin insan hüquqları mexanizmləri çərçivəsində insan hüquqlarının monitorinqi və hesabatlılığına yönəlmiş layihələr üçün isə maksimum 5 280 ABŞ dolları ayrılacaq.

Müraciət üçün son tarix 1 iyun 2022-ci ildir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

İyun 1, 2022

İMKANIN NÖVÜ




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,