Azərbaycan: kiçik biznes üçün lazım olan bacarıqlara dair təlim – 24 aprelədək qeydiyyatdan keçin
Aprel 23, 2024

Azərbaycan: kiçik biznes üçün lazım olan bacarıqlara dair təlim – 24 aprelədək qeydiyyatdan keçin


Avropa Bacarıqlar İli çərçivəsində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi hər kəsi kiçik biznesə başlamaq üçün lazım olan bacarıqlar mövzusunda keçiriləcək oflayn təlimdə iştirak üçün qeydiyyatdan keçməyə dəvət edir.

Təlim aprel ayının 26-da saat 15:00-17:00-da keçiriləcək.

Təlimdə “Saatstore” brendinin yaradıcısı və təsisçisi Hüseyn Hümbətov, “PR Laboratoriya” şirkətinin direktoru Afət Yaqubova və “LIBRAFF” kitab mağazalarının PR meneceri, videobloger Sərxan Rüstəmov iştirakçıları maraqlandıran sualları cavablandıracaqlar.  

Onlar startap yaratmaq üçün lazımi bacarıqlar haqqında təcrübələrini bölüşəcək və kiçik biznesin inkişafında sosial medianın rolundan danışacaqlar. Onlar həmçinin iştirakçılara bu sahədə uğur qazanmaq üçün populyar kitabları tövsiyə edəcəklər.

Tədbir “Doğru Bacarıqlar Qazan” kampaniyası çərçivəsində təşkil olunur.

Tədbirdə iştirak üçün qeydiyyat mütləqdir. Qeydiyyat üçün son tarix 24 aprel 2024-cü ildir.

Yerlər məhduddur.

Tədbir Bakı şəhəri, Landmark 3, 22-ci mərtəbədə baş tutacaq.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Aprel 24, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,