Azərbaycan: jurnalistlər üçün “Media savadlılığı və dezinformasiya” mövzusunda təlimin təşkili üzrə tender keçirilir

Azərbaycan: jurnalistlər üçün “Media savadlılığı və dezinformasiya” mövzusunda təlimin təşkili üzrə tender keçirilir


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi 2022-ci il 27-29 yanvar tarixlərində jurnalistlər üçün “Media savadlılığı və dezinformasiya” mövzusunda təlimin təşkili üzrə tender keçirir.

Təlimdə dezinformasiyanın daha yaxşı müəyyənləşdirilməsi və onunla mübarizə məsələləri diqqət mərkəzində olacaq.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi həmçinin beynəlxalq təlimçiləri 2022-ci il 27-29 yanvar tarixlərində Qusar rayonunda yerləşən Şahdağ turizm mərkəzində ikigünlük təlim keçməyə dəvət edir. Tenderdə qalib gələn tərəf təlimçilər üçün aviabiletlərin alınmasında, mehmanxanada yerləşdirilməsində, əyani materialların hazırlanmasında, təlimçilərin əmək haqlarının ödənilməsində və digər xidmətlərin göstərilməsində Nümayəndəliyə kömək edəcək. 

İştirak etməkdə maraqlı olan şəxslər dekabrın 26-na qədər elektron poçt vasitəsilə müraciət etməlidirlər.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Dekabr 26, 2021

İMKANIN NÖVÜ




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,