Avropanın rəngləri: Azərbaycanlı qadın rəssam və fotoqraflar əsərlərini təqdim etməyə dəvətlidirlər
Dekabr 8, 2023

Avropanın rəngləri: Azərbaycanlı qadın rəssam və fotoqraflar əsərlərini təqdim etməyə dəvətlidirlər


19 dekabr tarixində Gənc Avropa səfirləri (YEAs) Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Bakıda qadın rəssamların əsərlərindən, fotoşəkil və əl işlərindən ibarət sərgi təşkil edir.

Bu münasibətlə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın istənilən bölgəsində yaşayan 16 yaşdan yuxarı qadın rəssam və fotoqrafları, eləcə də bu sahə ilə maraqlanan qadınları əsərlərini “Avropanın rəngləri” adlı sərgidə nümayiş etdirməyə dəvət edir.

Sərgi “FantazEU” adlı mədəni irs festivalı çərçivəsində təşkil olunur və Bakıda yerləşən NUR İncəsənət Evində keçiriləcək. 

Sözügedən tədbir Azərbaycanın gənc istedadlarını kəşf etmək, Avropa mədəni irsinin Azərbaycanda təbliğinə töhfə vermək, həmçinin Aİ ilə Azərbaycan arasındakı əməkdaşlıq haqqında daha ətraflı məlumat almaq imkanı verir.

Sərgidə iştirak etmək üçün 14 dekabr tarixinədək qeydiyyatdan keçmək, müəllifi olduğunuz əsərin fotoşəklini təqdim etmək və bu əsərin sərgidə nümayiş etdirilməsinə razılıq vermək tələb olunur.

Əsərlərin xüsusilə Avropa, yaxud ümumilikdə Avropa İttifaqının dəyərləri mövzusunda olması arzuolunandır. Seçilmiş əsərlər adı çəkilən festival ərzində nümayiş etdiriləcək.

Daha çox öyrən

Qeydiyyat

BAĞLANIŞ TARİXİ:

Dekabr 14, 2023

İMKANIN NÖVÜ



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,