Avropa Şurası ayrı-seçkilik qurbanlarını dəstəkləyən vətəndaş cəmiyyəti təşkilatları tərəfindən qrant layihələrinin qəbuluna başlayır
Sentyabr 17, 2021

Avropa Şurası ayrı-seçkilik qurbanlarını dəstəkləyən vətəndaş cəmiyyəti təşkilatları tərəfindən qrant layihələrinin qəbuluna başlayır


Avropa Şurası, Aİ tərəfindən maliyyələşdirilən “Yaxşı İdarəçilik naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan, Ermənistan, Moldova və Ukraynada milli və yerli layihələrin birgə maliyyələşdirilməsi məqsədilə xüsusən həssas qruplardan ayrı-seçkilik, nifrət nitqi və nifrət zəmnində törədilən cinayət qurbanlarını dəstəkləyən layihələrin qəbuluna başlayıb.

Sözügedən qrantlar vətəndaş cəmiyyəti təşkilatlarına Aİ və Avropa Şurasının birgə həyata keçirdiyi “Yaxşı İdarəçilik naminə Tərəfdaşlıq” proqramı və onun regional layihəsi olan “Şərq Tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində törədilən cinayətlər və nifrət nitqi qurbanları üçün məhkəmədən kənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxışın gücləndirilməsi” çərçivəsində təqdim edilir. 

Layihələrə bacarıqların artırılması, məlumatlılığın artırılması və ya təşbliğat kampaniyalarının hazırlanması, ayrı-seçkilik, nifrət nitqi və ya nifrət zəmnində törədilən cinayət qurbanlarına birbaşa dəstək, ictimai tədbirlər və s. daxil edilə bilər. Layihələrə gender bərabərliyinin qorunması, məsələn həssas icmalardan olan qadınların cəlb olunması tövsiyə olunur. 

Avropa Şurası hər biri maksimum 19 000 avro olmaqla maksimum beş təşkilata qrant ayırmaq niyyətindədir.

Layihə təkliflərinin son qəbulu tarixi 3 oktyabrdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Oktyabr 3, 2021

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,