Avropa Parlamentində Şuman təcrübə proqramı

Avropa Parlamentində Şuman təcrübə proqramı


Avropa Parlamenti gənc vətəndaşların peşə hazırlığına və qurumun fəaliyyətinin daha yaxşı anlaşılmasına töhfə vermək məqsədilə parlamentin Katibliyində müxtəlif təcrübə proqramlarına müraciətlərin qəbuluna başlayıb. Təcrübə proqramları beş ay davam edəcək.

Uyğun nazimədlər 18 yaşından böyük ali təhsilli şəxslər olmalı, Aİ-nin rəsmi dillərindən ikisini bilməli, Aİ qurumunda və ya orqanında ardıcıl iki aydan çox işləməməli və təcrübənin başlanmasından altı ay əvvəl Avropa Parlamentinin Katibliyinə tanışlıq səfəri etməməlidir.

Avropa İttifaqından kənar ölkələrdən olan müraciətçilərə məhdud sayda təcrübə təklif olunacaq. Seçilmiş şəxslər viza, yaşayış və iş üzrə icazələr almaq üçün müraciət etməlidir. Xərclər ödənilmir. 

Son müraciət tarixi noyabrın 30-dur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Noyabr 30, 2021

İMKANIN NÖVÜ




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,