“Avropa irs günləri” ilə bağlı tədbirlərə dəstək vermək üçün layihə təkliflərinin qəbuluna başlanılıb

“Avropa irs günləri” ilə bağlı tədbirlərə dəstək vermək üçün layihə təkliflərinin qəbuluna başlanılıb


Avropa Komissiyası və Avropa Şurası “Avropa İrs Günləri” tədbirlərinə dəstək məqsədilə “Avropa İrs Günləri” adlı birgə fəaliyyəti çərçivəsində müraciətlərin və layihələrinqəbuluna başlayıb.

Avropa İrs Günləri Avropada yaşayan insanların ən geniş şəkildə qeyd etdiyi mədəni tədbirlərdən biridir. Hər il bu günlər çərçivəsində 70 000-ə yaxın tədbir keçirilir və bu tədbirləri altı Şərq Tərəfdaşlığı ölkəsi daxil olmaqla, Avropa Mədəniyyət Konvensiyasını imzalamış 50 Avropa dövlətində 30 milyona yaxın insan ziyarət edir.

Avropa İrs Günlərinə aid məqalələrin yazılması ilə bağlı müraciətlərin qəbulu tədbirləri işıqlandırmaq və hekayələrini bölüşmək istəyən şəxslərin, təşkilat və birliklərin səsini ictimaiyyətə çatdırmaqdır. Mədəni irs üzrə fəaliyyətlərə həsr olunmuş layihələrə 10 000 avroya qədər mükafatların verilməsi nəzərdə tutulub. Müraciət edənlər 18 avqust 2018-ci il və 31 oktyabr 2021-ci il tarixləri arasında ən azı bir Avropa İrs Günləri tədbirinə ev sahibliyi etməli və ya təşkil etməlidirlər. Onların həmçinin 2022-ci ildə Avropa İrs Günləri tədbirinə ev sahibliyi etməsi və ya təşkil etməsi planlaşdırılır.

Hər iki ərizə qəbulu üzrə təkliflər 2022-ci il yanvarın 17-nə qədər təqdim edilməlidir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Yanvar 17, 2022

İMKANIN NÖVÜ



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,