Avropa Həmrəylik Korpusu: Polşanın Vrotslav şəhərində könüllülük imkanı
Aprel 20, 2023

Avropa Həmrəylik Korpusu: Polşanın Vrotslav şəhərində könüllülük imkanı


Polşanın “Fundacja Integracji Społecznej Prom” qeyri-hökumət təşkilatı Azərbaycan, Ermənistan, Gürcüstan və Ukraynadan olan könüllüləri öz layihəsində iştirak etməyə dəvət edir. Layihənin məqsədi yerli ictimaiyyətlə mədəni və sosial maneələri aradan qaldırmaqdır.

Mübadilə proqramı 1 sentyabr 2023-cü il-29 fevral 2024-cü il tarixləri arasında sözügedən fondun Vrotslav şəhərindəki ofisində baş tutacaq. Könüllülərdən bu fondun sosial şəbəkələrdəki hesabları üçün məzmunun yaradılması (fotoşəkillərin və video roliklərin çəkilməsi, postların dərci, Canva-da şablonların dizaynı) və tədbirlərin təşkilində köməklik göstərmək tələb olunur.

İştirakçılar digər iştirakçılarla birgə paylaşılan mənzildə iki nəfərlik otaqda yerləşdiriləcəklər. Onlar aylıq yemək pulu (500 PLN) və cib pulu (150 avro) alacaqlar. Vrotslav şəhərinə səyahət və yerli nəqliyyat xərcləri layihə tərəfindən qarşılanacaq.

Müraciət üçün son tarix mayın 15-dir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

May 15, 2023


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,