Almaniyanın Aşaffenburq şəhərində yerləşən “JUKUZ” mərkəzi idman və gənclərlə işləməkdə maraqlı olan gənc qadınları 1 oktyabr 2022-ci il tarixindən 30 sentyabr 2023-cü il tarixinə qədər mərkəzdə könüllü olmağa dəvət edir.
Seçiləcək könüllü bütün idman tədbirlərində, gənclərlə bağlı fəaliyyətlərdə və mübadilə fəaliyyətlərində mərkəzin əməkdaşlarına kömək edəcək. İdman layihələri ilə yanaşı, sözügedən mərkəz gənclər üçün müxtəlif fəaliyyətlər, məsələn gənclər üçün radio, media işi və musiqi layihələri hazırlayır.
Könüllü ayrıca otaqda yerləşdiriləcək. Yerləşmə ilə bağlı bütün xərclər, eləcə də aylıq qidalanma xərcləri mərkəz tərəfindən qarşılanır. “JUKUZ” mərkəzi Aşaffenburq şəhərində hərəkət etmək üçün könüllünü velosipedlə təmin edəcək.
Bütün Şərq Tərəfdaşlığı ölkələri vətəndaşları müraciət edə bilər.
Daha çox öyrən
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,