Avropa Həmrəylik Korpusu Almaniyada könüllülük fəaliyyəti həyata keçirəcək

Avropa Həmrəylik Korpusu Almaniyada könüllülük fəaliyyəti həyata keçirəcək


Avropa Həmrəylik Korpusu Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan gəncləri gələn il Almaniyanın Ştutqart şəhərində keçiriləcək könüllülük fəaliyyətində iştirak etməyə dəvət edir. 

Könüllülər qeyri-formal təhsilə, mədəniyyətlərarası layihələrə, gənclər düşərgələrinə və uşaqlar və gənclər üçün layihələrə diqqət yetirən qeyri-kommersiya təşkilatı olan Jugendwerk der AWO Württemberg (JW) tərəfindən qəbul ediləcəklər. Jugendwerk təşklatının bu fəaliyyəti təşkil etməkdə əsas məqsədi gənclərə peşəkar kimi inkişaf etmələrində və məktəb və universitetdən kənarda təhsil almalarında dəstək olmaqdır. 

1 may 2022-ci il tarixindən 30 aprel 2023-cü ilə qədər davam edən 52 həftə ərzində könüllülər sözügedən təşkilatın ofisində çalışacaq və bir sıra faydalı təlimlərə qatılacaqlar.

Yerləşmə, qida və nəqliyyat xərcləri qəbul edən təşkilat tərəfindən qarşılanacaq. 

Ərizə ilə müraciət üçün son tarix 30 noyabrdır.

Daha çox öyrən

Elan

BAĞLANIŞ TARİXİ:

Noyabr 30, 2021



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,