Almaniyada bir illik könüllülük proqramı
Yanvar 27, 2022

Almaniyada bir illik könüllülük proqramı


Almaniyanın cənubunda yerləşən Bad Vurzax kurort şəhərindəki Salvatorkolleg Gimnaziyası bütün Şərq Tərəfdaşlığı ölkələrindən olan könüllüləri məktəbdəki gündəlik işlərdə iştirak etməyə dəvət edir. Könüllülər alman dilini başlanğıc səviyyədə bilməlidirlər.

Sözügedən proqram 46 həftə olmaqla 15 sentyabr 2022-ci il-31 iyul 2023-cü il tarixləri arasında həyata keçiriləcək. 

Könüllülər əsasən qeyri-formal fəaliyyələrə cəlb olunacaq və incəsənət, musiqi, dillər və mədəniyyət sahələri üzrə seminarlar keçirəcəklər. Onlar həmçinin şagirdlərlə birgə fiziki tərbiyə və digər oxşar fəaliyyətlərdə iştirak edəcəklər.

Könüllülər iki nəfərlik mənzil, qidalanma və yerli nəqliyyat üçün pul vəsaiti ilə təmin olunacaqlar.

Ərizə ilə müraciət üçün son tarix fevralın 28-dir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Fevral 28, 2022


ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,