Aİ-nin Qlobal Mədəni Əlaqələr Proqramı ərizə qəbulu elan edir
Sentyabr 10, 2021

Aİ-nin Qlobal Mədəni Əlaqələr Proqramı ərizə qəbulu elan edir


Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Mədəni Əlaqələr Platformasının əsas təlim proqramlarından olan Aİ-nin Qlobal Mədəni Əlaqələr Proqramı mədəniyyət və yaradıcılıq sahələrində çalışan innovatorları beynəlxalq mədəni əlaqələr qurmaqda dəstək əldə etmək üçün ərizə ilə müraciət etməyə dəvət edir.

Sözügedən proqram 25-39 yaşlarında olan və beynəlxalq əməkdaşlıq və ya beynəlxalq mədəni əlaqələr sahəsində azı üç illik təcrübəyə malik şəxslər və bacarıqlarını daha da artırmaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Bu ilki proqram noyabrın 15-dən 30-na qədər davam edəcək. Təlim üçün iştirakçının bütün gün ərzində əlçatan olması tələb olunmur.

Proqramın cədvəli aşağıdakı kimidir: 

• 15 – 18 noyabr: biliklərin paylaşılması və həmkarlardan öyrənmə (hər gün 3 saatlıq sessiya);

• 19 – 28 noyabr: əməkdaşlıq proqramlarının hazırlanması;

• 29 – 30 noyabr: layihələrin təqdimatı və təlimin sonu (hər gün 3 saatlıq sessiya).

Ərizə ilə müraciət üçün son tarix 4 oktyabrdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Oktyabr 4, 2021

İMKANIN NÖVÜ



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,