Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi noyabr ayının 18-i və 19-da Bakıda “Avropada təhsil” sərgisi təşkil edir.
Sərgiyə Almaniya, Belçika, Fransa, İspaniya, İtaliya, Latviya, Malta, Polşa və Yunanistandan Avropa universitetlərinin nümayəndələri qatılacaq. Sərgidə iştirak etməklə onlarla birbaşa görüşə və Avropada təhsillə bağlı bütün suallarınızı ünvanlaya biləcəksiniz.
Eyni zamanda, tədbir Avropa İttifaqının “Erasmus+” proqramı ilə yaxından tanış olmaq imkanı yaradır.
Hilton otelində təşkil olunacaq tədbir 18 noyabr Bakı vaxtı ilə 10:00-18:00, 19 noyabr isə 11:00-17:00 radələrində keçiriləcək.
Tədbirdə iştirak üçün qeydiyyat mütləqdir.
Daha ətraflı məlumatı buradan tapa bilərsiniz.
Daha çox öyrən
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,