Aİ, EU4Energy proqramı vasitəsilə Azərbaycanda enerjinin səmərəliliyi ilə bağlı tədbirlərə dəstək verir. EU4Energy təşəbbüsünün fəaliyyətləri Şərqi tərəfdaş ölkələrində enerji təchizatı, təhlükəsizlik və bağlantı məsələləri, o cümlədən bərpa olunan enerji mənbələrinin istifadəsinin təşviqinə yönəlmişdir.
Cəmiyyət “yaşıl” iqtisadiyyatın əhəmiyyətini anlamağa başladıqca, insanlar enerjinin səmərəliliyinin ətraf mühitə atılan karbon qazının (CO2) miqdarının azaldılmasında və insanın ətraf mühitə mənfi təsirinin məhdudlaşdırılmasında əhəmiyyətli olduğunu da anlayırlar. Bu həmçinin elektrik enerjisinə sərf olunan pul vəsaitinə qənaət etməyin mükəmməl yoludur.
“Mən gənc olanda insanlar enerjiyə qənaət etmək haqqında düşünmürdülər. Amma indi biz enerjinin səmərəliliyinin çox vacib olduğunu bilirik. Bir əsas məqamı diqqətinizə çatdırmaq istəyirəm. Enerjidən səmərəli istifadə, enerjidən istifadəni tamamilə dayandırmaq mənasını vermir. Bu, enerjidən daha ağıllı və qənaətlə istifadə etmək deməkdir”, – deyə EU4Energy layihəsinin “Ağbirçək nənə” obrazı və enerjinin səmərəliliyinə dair mehriban ekspertimiz bildirir.
EU4Energy layihəsinin “Ağbirçək nənəsi” Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan və Moldovada fəaliyyət göstərən radio stansiyalarına baş çəkərək həm enerjiyə, həm də pula qənaət etməyin yolları haqqında məsləhətlərini bölüşüb.
Enerjidən qənaətlə istifadə etmək üçün evdə hansı qaydalara əməl edə biləcəyinizi öyrənmək üçün “Ağbirçək nənə” ilə müsahibəyə tam şəkildə qulaq asın.
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,