Qadınların hüquqlarını qorumaq və potensiallarını tam reallaşdırmaları üçün onların hüquq və imkanlarını artırmaq məqsədilə Avropa İttifaqı altmış ildən artıqdır yorulmadan çalışır. Gender bərabərliyi Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsünün ana xəttini təşkil edir. Gender bərabərliyi qadınların, eləcə də kişilərin fərdi həyatında çox mühüm əhəmiyyət kəsb edir və uzunmüddətli demokratik inkişaf üçün zəruridir. Azərbaycanla əməkdaşlıqda Aİ işgüzar qadınları gücləndirmək, keyfiyyətli təhsil üçün imkanlar yaratmaq və ədalətli cəmiyyəti təşviq etməklə real dəyişikliklərə təkan verir.
İnformasiya bülletenini İngilis, Azərbaycan və Rus dillərində oxuya bilərsiniz.
Görülən işlər bunlardır
Dövlət siyasətləri və genderə əsaslanan statistikanın hazırlanmasında gender məsələlərinin nəzərə alınması
Ayrıseçkilik və məişət zorakılığına qarşı qanunların qəbul və tətbiq edilməsi
Qadınlar tərəfindən idarə olunan müəssisələrə yerli banklar vasitəsilə kreditlərin verilməsi: orta və böyük ölçülü müəssisələrin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə kreditlərdən yararlanmaq imkanı var; adı çəkilən fondun qadınlar tərəfindən idarə olunan müəssisələr üçün kvotasının olmamasına baxmayaraq, qadın müştəriləri əlverişli şərtlərlə cəlb etməyə səy göstərir
Erasmus+ proqramı ilə Avropanın istənilən ölkəsində fərqli mübadilə proqramları
EU4Youth proqramı vasitəsilə qadınların fəal iştirakının artırılması
İş qadınları
Aİ Azərbaycandakı qadın sahibkarlara Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən icra edilən İş Qadınları proqramı vasitəsilə dəstək verir. Proqramın göstərdiyi dəstəyə qadınlar tərəfindən idarə edilən şirkətlərə biznes məsləhəti, təlim və mentorluq xidməti daxildir.
İştirak etmək imkanları ilə tanış olun։ www.ebrdwomeninbusiness.com
2019-cu ildə Azərbaycanda 90 qadın sahibkar Aİ-nin KOM-lara dəstək proqramları çərçivəsində ümumilikdə 575000 avro dəyərində kredit almış, 3000-ə yaxını isə məsləhət xidmətlərindən faydalanmışdır. Dəstəklənən şirkətlər arasında dövriyyə 18,8 milyon avroya qədər artıb və 1268 yeni iş yeri açılıb.
“Sadəcə arzularınızın arxasınca getməlisiniz”. EU4Business təşəbbüsünün məsləhət xidməti və ixracla bağlı dəstəyi ilə Afət Əhmədova özünün nəfis yemək istehsalı biznesini genişləndirib.
EU4Business təşəbbüsü çərçivəsində Azərbaycanlı qadınlar həmçinin bir sıra digər maliyyələşmə, biznes sahəsində məsləhət və təlim xidmətindən yararlana bilərlər. Daha çox öyrən http://www.eu4business.eu/azerbaijan
Beynəlxalq təhsil üçün yeni imkanlar
Erasmus+ proqramı vasitəsilə Aİ Azərbaycandakı gənc qadın və kişilərə Avropanın istənilən ölkəsində olduqca fərqli mübadilə proqramlarında iştirak etmək imkanı yaradır.
Erasmus+proqramının verdiyi imkanlara aşağıdakılar daxildir:
“Bu, sadəcə yeni bir ölkədə bir il yaşamaq deyil… Bu, böyük bir həyat təcrübəsidir.” İranə Alimova Erasmus proqramı vasitəsilə Portuqaliyada təhsil alıb və indi Bakıda beynəlxalq şirkətlərin birində çalışır.
Erasmus+ Azərbaycanda: bütün suallarınız cavablandırılıb: https://www.euneighbours.eu/en/east/stay-informed/cards/erasmus-azerbaijan
Ədalətli cəmiyyət
2019-cu ildə Aİ və BMT-nin İnkişaf Proqramı yerli idarəetmə, liderlik və seçki müşahidəçiliyi kimi sahələrdə qadınların bilik və bacarıqlarını artırmaq məqsədilə qeyri-rəsmi təhsil platforması olan yeni Gender əsaslı bələdiyyə akademiyası layihəsinin icrasına başlayıb. Akademiyanın məqsədlərindən biri, bacarıqların artırılması və təhsil imkanlarının təqdim olunması vasitəsilə dövlət qurumlarında çalışmaq üçün namizədliyini irəli sürən qadınların sayının artırılmasına kömək etməkdir.
“Bu, qadınlar üçün və qadınlar tərəfindən hansı nailiyyətlərin qazanmaq barədə fikirlərimi dəyişdirdi”. Dilarə Əhmədova Gender əsaslı akademiyanın ilk məzunlarından biri olub.
Dilarənin uğur hekayəsi: Azərbaycanın ilk qadın futbol komandası məşqçisi necə regionun ilk qadın bələdiyyə üzvü seçildi.
EU4Gender Equality
Şərq Tərəfdaşlığı regionunda həyata keçirilən bu regional proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və məqsədi, genderlərin vəzifələri barədə ictimai təsəvvürləri dəyişdirərək, gender sahəsində stereotipləri aradan qaldıraraq kişilərin uşaq baxımı və digər məişət işlərində iştirakını artıraraq qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməkdir.
Azərbaycanda layihə gender stereotipləri və gender əsaslı zorakılığa qarşı mübarizə üçün bir sıra videolar hazırlayıb:
Daha yaxşı gələcək üçün qızların təhsil alması və səlahiyyətləndirilməsi!
Zorakılığın olmadığı layiqli həyat üçün qızların səlahiyyətləndirilməsi!
Sağlam və zorakılığın olmadığı münasibətlərin qurulması
Daha çox öyrən: EU 4 Gender Equality: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı birgə mübarizə
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,