Azərbaycanda özəl sektorda qadınlar. İmkanlar və çətinliklər. Gender Qiymətləndirməsi Hesabatı.
Avqust 2, 2020

Azərbaycanda özəl sektorda qadınlar. İmkanlar və çətinliklər. Gender Qiymətləndirməsi Hesabatı.


Qiymətləndirmənin başlıca məqsədi qadınların özəl sektor iqtisadiyyatında iştirakına təsir edən amilləri müəyyən etmək, o cümlədən qadınların iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərən milli hökumət qurumları, özəl sektor iştirakçıları və vətəndaş cəmiyyəti təşkilatlarının səylərinə töhfə vermək olub. Qiymətləndirmənin əsas vəzifələri qadınların iş imkanlarından yararlanması, layiqli iş yerləri ilə təmin edilməsi və özəl sektorda uğurlu karyera qurmasının qarşısını alan gender əsaslı amilləri müəyyən edib təhlillər aparmaqdan ibarət olub. Qiymətləndirmə zamanı, eyni zamanda, kişilərin özəl sektor iqtisadiyyatında iştirakına təsir edən gender əsaslı amillər təhlil edilib. Bundan əlavə, tədqiqat müddətində qadın və kişilərin özəl sektorda uğurlu iştirakını təmin edən amillər də araşdırılıb. Əldə edilmiş nəticələrə uyğun olaraq, qiymətləndirmə hesabatında kişi və qadınların özəl sektor iqtisadiyyatında bərabər iştirak və imkanlarını təşviq etməyə yönələn bir sıra təkliflər irəli sürülüb. Tədqiqatda yer alan məlumatlar Bakı, Xəzər, Quba, Saatlı, Şəki, Lənkəran və Qəbələdə fokus-qrup müzakirələri zamanı və əsas respondentlərlə aparılmış müsahibələr vasitəsilə toplanıb.

BMTİP.BMTƏF.AQUPDK. İİƏA. RİQC (2018). 

Endir



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,