2017-ci ilin noyabr ayında keçirilən Şərq Tərəfdaşlığı (ŞT) Sammitində Aİ-yə Üzv
Dövlətlər və Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan,
Moldova Respublikası və Ukrayna tərəfindən iddialı islahatlar proqramı qismində
«2020-ci ilə qədər 20 praktiki nəticə» adlı sənəd qəbul olunub. Proqramın nəticələrinin
təhlili göstərir ki, o, iqtisadiyyat, idarəçilik, bağlantı və cəmiyyət kimi dörd mühüm
sahədə vətəndaşlar üçün gözəçarpan nəticələr təmin etmişdir. Buna baxmayaraq, bir
çox sahələrdə, xüsusilə də qanunun aliliyi, vətəndaş cəmiyyəti, kütləvi informasiya
vasitələri (KİV-lər) və gender məsələləri ilə bağlı daha çox iş görülməlidir.
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,