Yüksək ixtisaslı miqrantların qəbuluna dair yeni qaydalar 
May 21, 2021

Yüksək ixtisaslı miqrantların qəbuluna dair yeni qaydalar 


Mayın 17-də Avropa Parlamenti və Avropa İttifaqı Şurası tərəfindən yenidən işlənib hazırlanan Mavi kart üzrə Direktivə uyğun olaraq üçüncü ölkələrdən gələn yüksək ixtisaslı işçilərin Aİ-yə girişi və qalması üçün yeni qaydalar barədə razılığa gəlinib.

Yeni qaydalara əsasən, qəbul şərtləri yumşaldılacaq və işçilər Avropa İttifaqının müxtəlif ölkələri arasında iş və yerdəyişmə baxımından daha çox hüquqa sahib olacaqlar.

Avropa Komissiyasının Daxili İşlər üzrə Komissarı İlva Yoxansson deyib ki, miqrant işçilər artıq Aİ iqtisadiyyatına mühüm töhfə verirlər. Ancaq Avropadakı əhalinin azalması və qocalması səbəbindən, biz xaricdən bacarıqlı və istedadlı insanları cəlb etməyə davam etməliyik. 

Avropa Parlamenti və Şurası, Aİ-nin Mavi kart üzrə Direktivini qəbul etməklə sözügedən razılaşmanı rəsmi olaraq təsdiqləməlidir. Bundan sonra Aİ ölkələri iki il ərzində qanunvericiliklərini direktivə uyğunlaşdırmalı olacaqlar. 

Daha çox öyrən:

Mətbuat üçün açıqlama

Aİ-nin Mavi kartı



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,