Aİ tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı Şərq Tərəfdaşlığı ölkələrindən olan vətəndaş cəmiyyəti təşkilatlarını hekayə danışmaq mövzusunda kursda iştirak etməyə dəvət edir.
Bu kurs, hekayələrin danışılması üsulları ilə layihələr haqqında daha yaxşı məlumat verməyə və daha çox insanı cəlb etməyə kömək edir.
Vətəndaş cəmiyyəti liderləri, layihə rəhbərləri, vətəndaş cəmiyyəti təşkilatlarında çalışan ictimaiyyətlə əlaqələr üzrə işçilər, fəallar, könüllülər, sosial startap liderləri, həmçinin Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan sahibkarlar mesajları cəlbedici hekayələrə çevirməyi, mesajlar və yayımlanan hekayələr barədə auditoriyanın fikirlərini geniş və inandırıcı şəkildə dəyişdirməyi öyrənəcəklər.
Dörd müxtəlif moduldan ibarət kursda hekayələrin tapılması, dəqiqləşdirilməsi, yaradılması və yayımlanması mərhələli şəkildə izah ediləcək.
Sözügedən kurs ingilis və rus dillərində keçiriləcək. İştirakçılara sertifikatlar təqdim olunacaq.
Daha çox öyrən
İngilis dilində olan kursa qatılmaq üçün
Rus dilində olan kursa qatılmaq üçün
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,