“Ukrayna ilə həmrəy olaq”: özəl sektordan ianələrin toplanması üçün yeni sistem istifadəyə verilib
Mart 30, 2022

“Ukrayna ilə həmrəy olaq”: özəl sektordan ianələrin toplanması üçün yeni sistem istifadəyə verilib


Avropa Komissiyası özəl sektordan natura şəklində ianələrin Ukrayna, Moldova və qonşu Aİ-yə üzv ölkələrə yönəldilməsi üçün yeni sistem yaradıb. “Ukrayna ilə həmrəy olaq” kampaniyası çərçivəsində yaradılan sistemin məqsədi məcburi köçkünlərin və qaçqınların ehtiyaclarını ödəməyə kömək etməkdir. 

Avropa İttifaqı (Aİ) dərman vasitələri, peyvəndlər, tibbi ləvazimatlar, çadırlar, çarpayılar və yorğanlar kimi həyati vacib əşyaların iri həcmdə çatdırılmasını əlaqələndirəcək. Şirkətlər həmçinin məcburi köçkünlərin və qaçqınların həyatlarını yaxşılaşdırmaq üçün onlara portativ kompüterlər kimi başqa əşyalar da bağışlaya bilərlər.

Çatdırılmalar Belçikanın mülki müdafiə orqanları ilə əməkdaşlıq çərçivəsində və Aİ-nin Mülki Müdafiə Proqramının strateji ehtiyat anbarı olan “rescEU” vasitəsilə həyata keçiriləcək.

Bu ianələr epidemiya riskini azaltmağa və risk qrupunda olan insanları, xüsusən də uşaqları qorumağa kömək edə bilər. 

Aİ-nin Səhiyyədə Fövqəladə Hallara Hazırlıq və Mübarizə Təşkilatı (HERA) əczaçılıq sənayesi və səhiyyə nazirliklərinin dəstəyi ilə uşaqlar üçün nəzərdə tutulmuş peyvəndlər və digər zəruri tibbi ləvazimatlar təmin etməklə Aİ-nin Mülki Müdafiə Proqramını dəstəkləyəcək. Öz növbəsində, Sanofi Fondu Ukraynaya 200 000 difteriya və tetanus əleyhinə peyvənd verməklə bu səylərə öz töhfəsini verir. Daha 70 000 doza peyvənd Aİ-nin Mülki Müdafiə Proqramı vasitəsilə Çexiya, Slovakiya və Moldovaya təklif edilib. 

İanə etmək istəyən müəssisələr Avropa İttifaqı ilə e-poçt ([email protected]) vasitəsilə əlaqə saxlaya bilər.

Avropa Komissiyası Ukrayna və qonşu ölkələrin mülki müdafiə orqanları ilə birbaşa əlaqə saxlayır və yerlərdə təcili ehtiyac duyulan əşyalar haqqında cari məlumatları alır. Komissiya təklifləri aldıqdan sonra onları qiymətləndirir, ən təcili ehtiyac duyulan əşyaları seçir və onların “RescEU”-nun müvəqqəti saxlama anbarına çatdırılmasını təşkil edir. Oradan isə həmin əşyalar Polşa, Rumıniya və ya Slovakiyadakı logistika mərkəzlərinə çatdırılır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Aİ və Kanada Ukraynalı qaçqınlar üçün ianələrin toplanması məqsədilə qlobal kampaniyaya başlayıblar



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,