Team Europe Azərbaycanda mina əleyhinə təşəbbüsə start verib
May 7, 2024

Team Europe Azərbaycanda mina əleyhinə təşəbbüsə start verib


“Team Europe” təşəbbüsü Azərbaycanda mina əleyhinə təşəbbüsünün başlanması münasibətilə mayın 3-də Bakıda tədbir keçirib.

Tədbirdə keçən həftə Cənubi Qafqaza səfər edən Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktoru Gert Yan Kupman da iştirak edib. 

Tədbirə həmçinin Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və Avropa İttifaqına üzv dövlətlərin səfirləri qatılıb.  

Azərbaycan tərəfini tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov təmsil edib. 

“Avropa İttifaqı və ona üzv dövlətləri Azərbaycanda minalarla mübarizədə ən böyük beynəlxalq donorlardır”. Bu, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook səhifəsində tədbirlə bağlı paylaşımında qeyd olunub. “Bu təşəbbüs Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyətini gücləndirmək, minalara qarşı məlumatlılığı artırmaq və zərərçəkənlərə dəstək olmaq məqsədi daşıyır. Mina təhlükəsinin aradan qaldırılması məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasını asanlaşdıracaq və davamlı icmaları inkişaf etdirəcək”. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Məqalə: “Heç vaxt peşman olmamışam”: Azərbaycanda qadınlardan ibarət minatəmizləyən qrupları yaradılıb



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,