Şarl Mişel Azərbaycan tərəfindən daha beş erməni əsirinin azad olunmasını alqışlayıb
Sentyabr 13, 2022

Şarl Mişel Azərbaycan tərəfindən daha beş erməni əsirinin azad olunmasını alqışlayıb


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycanda saxlanılan daha beş erməninin azad edilməsini alqışlayıb. 

Avqustun 31-də Brüsseldə Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə olunan razılaşmalara əsasən, Azərbaycan 5 erməni hərbçisini sentyabrın 8-də Ermənistana təhvil verib.

“Bu təhvil vermə ilk dəfədir ki, ikitərəfli qaydada həyata keçirilir və bu, həm Azərbaycanın, həm də Ermənistanın fəaliyyətinin nəticəsidir”, – Şarl Mişel Twitter-də yazıb. “Bütün həll edilməmiş humanitar məsələlərin həlli əsas prioritetdir”.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Şarl Mişel: Azərbaycan və Ermənistan sülh müqaviləsinin irəliləməsi istiqamətində işin sürətləndirilməsi ilə bağlı razılığa gəliblər



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,