Şarl Mişel Aİ-nin Azərbaycan və Ermənistan ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu bir daha vurğulayıb 
İyun 2, 2022

Şarl Mişel Aİ-nin Azərbaycan və Ermənistan ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu bir daha vurğulayıb 


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin “regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan olacaq” Cənubi Qafqazın inkişafı üçün Azərbaycan və Ermənistan ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu bir daha vurğulayıb. Onun bu bəyanatı mayın 31-də “son günlər Ermənistan və Azərbaycan arasında yaranmış gərginliyə cavab olaraq” yayımlanıb.

Şarl Mişel hər iki ölkənin sərhəd komissiyalarının mayın 24-də keçirilən ilk iclasını alqışlayaraq delimitasiya prosesinin davam edəcəyi üçün Ermənistan və Azərbaycan arasında dövlət sərhədi boyunca sabitliyin və təhlükəsizliyin təmin edilməsinin müstəsna əhəmiyyətini vurğulayıb. O, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin davamlı şəkildə normallaşması üçün bütün məsələlərin həllinin, o cümlədən gələcəkdə imzalanacaq sülh müqaviləsinə dair müzakirələrin növbəti mərhələyə keçirilməsinin və münaqişənin köklü səbəblərinin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, davamlı və ədalətli sülhə şərait yaratmaq üçün birinci Dağlıq Qarabağ müharibəsinə, eləcə də 2020-ci ildə münaqişənin yenidən alovlanmasına səbəb olan bütün əsas məsələlər münaqişənin həllində maraqlı olan bütün tərəflər tərəfindən həll edilməlidir.

“Miras qalan bütün münaqişələrdə olduğu kimi belə məsələlərdə istifadə olunan terminologiyaya xüsusilə diqqət yetirilməlidir. [Avropa İttifaqı Şurası] Prezidenti Mişelin liderlərin mayın 22-də keçirilən görüşünün yekunları ilə bağlı bəyanatı heç bir halda müzakirələrin əvvəlcədən müəyyən edilmiş nəticəsinin təsdiqi kimi şərh edilməməlidir. Nəticədə ən vacib məsələ bütün məsələlərin hərtətərfli şəkildə həll olunmasıdır; bura əhalinin bütün təbəqələrinin hüquqları və təhlükəsizliyi daxildir”, – deyə bəyanatda bildirilir.

Aİ-nin Xüsusi Nümayəndəsi Toivo Klaar müzakirələri davam etdirmək üçün yaxın günlərdə regiona səfər edəcək.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,