Şərq Tərəfdaşlığı ölkələri dekabr ayına qədər regional razılaşmalar üzərində işi yekunlaşdırmağı planlaşdırır
Oktyabr 1, 2021

Şərq Tərəfdaşlığı ölkələri dekabr ayına qədər regional razılaşmalar üzərində işi yekunlaşdırmağı planlaşdırır


Altı Şərq Tərəfdaşlığı ölkəsinin nümayəndələri Regional Rouminq Razılaşması və Radiotezlik spektri üzrə regional razılaşmanın 2021-ci ilin dekabrında imzalanması üçün milli səviyyədə bütün zəruri addımları atmağa hazır olduqlarını ifadə ediblər. 

Sentyabrın 23-də Şərq Tərəfdaşlığı telekommunikasiya tənzimləyiciləri şəbəkəsi (EaPeReg) tərəfindən hər iki müqavilə ilə bağlı təşkil edilən forumda altı tərəfdaş ölkədən əlaqədar təşkilatlar iştirak edib.

Hər iki razılaşma EU4Digital təşəbbüsü üçün əsas prioritetlərdəndir. Regional Rouminq Razılaşmasının Şərq Tərəfdaşlığı ölkələrindəki rouminq qiymətlərini beş il ərzində təxminən 90% azaldacağı və ümumi müsbət təsirinin 4,6 milyon avro təşkil edəcəyi gözlənilir. Radiotezlik spektri üzrə regional razılaşma isə Şərq Tərəfdaşlığı regionunda 5G texnologiyasının inkişafı üzrə əsas tezlik diapazonlarının uyğunlaşdırılmasına imkan yaradacaq və tərəfdaş ölkələrdə yüksək sürətli mobil texnologiyaların tətbiqini sürətləndirəcək.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,