Sənətkarlıq üzrə İnklüziv Təlim Mərkəzi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə köçürülüb
May 27, 2021

Sənətkarlıq üzrə İnklüziv Təlim Mərkəzi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə köçürülüb


Mayın 20-də Avropa İttifaqının maliyyələşdirdiyi və İçərişəhərdə yerləşən Sənətkarlıq üzrə İnklüziv Təlim Mərkəzi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Buzovna qəsəbəsində yerləşən korpusuna köçürülüb. 

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən birgə həyata keçrilən “Ənənəvi incəsənət vasitəsi ilə inklüziv təhsilin təşviqi” adlı üçillik layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaq və gənclərin ehtiyaclarına uyğunlaşdırılan inklüziv peşə təhsili proqramlarından istifadə imkanlarının genişləndirilməsinə kömək etməkdir.

Layihənin köməyilə 112 nəfər sağlamlıq imkanları məhdud olan və olmayan tələbə inklüziv təhsil proqramından faydalanıb. 20 nəfər müxtəlif əlliliyi olan tələbə kiçik qrantlar əldə etmək üçün özünüməşğulluq layihələrini təqdim edib. 50 video dərs hazırlanaraq layihənin YouTube kanalında yerləşdirilib. Eləcə də ənənəvi incəsənət sahələri üzrə 4 kurikulum və 11 tədris modulu hazırlanıb və müvəffəqiyyətlə sınaqdan keçirilib. 

Layihə Buzovnada yerləşən peşə təhsil müəssisəsində lift inşa edərək Mərkəzə müəssər girişi təmin edib. Yeni avadanlıq və materiallar təchiz olunub və iki otaq təmir edilərək peşə emalatxanası olaraq istifadəyə verilib.

Layihə çərçivəsində suvenir istehsalı ilə bağlı bir sıra ustad dərsləri təşkil edilib və vitraj suvenirlərinin istehsalı üzrə yeni inklüziv kurs sınaqdan keçirilib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,