Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı növbəti ərizə qəbuluna başlayacaq

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı növbəti ərizə qəbuluna başlayacaq

Sentyabr 9, 2022

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı Ukrayna üzrə Həmrəylik Təqaüdləri proqramında iştirak etmək üçün 25 ərizəçinin seçildiyini açıqlayıb. Onlardan 21-i Ukrayna, 3-ü Gürcüstan, 1-i Moldova vətəndaşıdır.

Maliyyələşdirilən layihələrə məcburi köçkünlərə və qaçqınlara dəstək, humanitar fəaliyyət, dezinformasiyaya qarşı təşəbbüslər, müharibə cinayətlərinin sənədləşdirilməsi, ətraf mühitin bərpası və gənclərin səlahiyyətlərinin artırılması daxildir.

Təqaüd proqramında iştirak üzrə ərizə qəbulu aprel ayında keçirilib. #StandWithUkraine şüarı altında Ukraynaya təcili dəstək çərçivəsində keçirilən qəbulda məqsəd bu ölkədəki müharibə ilə bağlı mövqeyini nümayiş etdirən vətəndaş cəmiyyəti fəallarına dəstək vermək olmuşdur.

Bu günə qədər sözügedən təqaüd proqramının altı Şərq Tərəfdaşlığı ölkəsindən 131 üzvü var. 2017-2020-ci illər ərzində proqramın məzunları və onların fəaliyyəti haqqında daha ətraflı buradan öyrənə bilərsiniz.

ŞT Vətəndaş Cəmiyyəti Təqaüd Proqramı üçün növbəti ərizə qəbuluna sentyabr ayında başlanacaq.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,