Şərq Tərəfdaşlığı şəhərlərinin gələcəyini formalaşdırmaq üçün Batumidə forum keçirilib
Oktyabr 6, 2023

Şərq Tərəfdaşlığı şəhərlərinin gələcəyini formalaşdırmaq üçün Batumidə forum keçirilib


Şərq Tərəfdaşlığı ölkələrinin şəhərlərini təmsil edən 200-dən artıq nümayəndə Avropa Komissiyasının Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı (DG NEAR), BMT-nin İnkişaf Proqramı (BMTİP) və tərəfdaşlarının təşkilatçılığı ilə Gürcüstanın Batumi şəhərində keçirilən ikigünlük forumda toplanıb. Tədbir 4 və 5 oktyabr tarixlərində keçirilib. 

Gələcəyə uyğun şəhər adlı forum inkişafı və innovasiyaları təşviq edən dövlət və özəl sektorun maliyyəsindən istifadə etməklə daha yaşıl, inklüziv və dayanıqlı şəhərlərin bələdiyyələrinin üzləşdiyi mürəkkəb problemlərin həllinə həsr olunub.

Müzakirələrdə liderlik ilə bağlı problemlər və maliyyə dayanıqlığı kimi təcili diqqət tələb edən məsələlər diqqət mərkəzində olub. Şərq Tərəfdaşlığı ölkələrindən olan şəhər rəhbərləri daxil olmaqla iştirakçılar bu sahədə biliklərini artırmaq və “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” (M4EG) icması çərçivəsində və ondan kənarda formalaşan tərəfdaşlıq şəbəkəsini genişləndirmək imkanı qazanıblar.

BMTİP-nin İstanbul Regional Mərkəzində bilik və innovasiyalar üzrə komanda rəhbəri olan Leyla Sadiku forumda çıxış edərkən bildirib ki, qlobal rifahın təkanverici qüvvəsi hesab olunmalarına baxmayaraq, resursların sərfinin 75%-i və istixana qazlarının 60-80%-i şəhərlərin payına düşür. 

M4EG proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 2017-ci ildən etibarən icra olunmağa başlayan İqtisadi İnkişaf naminə Merlərin Katibliyi proqramına əsaslanır. 2021-ci ildən başlayaraq Aİ-nin maliyyələşdirdiyi M4EG proqramı Aİ, yerli hakimiyyət orqanları və bir sıra tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində BMTİP tərəfindən idarə olunur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,