Şərq Tərəfdaşlığı: EU4Digital proqramının ikinci mərhələsinin icrasına başlanıb
Noyabr 11, 2022

Şərq Tərəfdaşlığı: EU4Digital proqramının ikinci mərhələsinin icrasına başlanıb


Oktyabr ayında EU4Digital proqramının ikinci mərhələsinin rəsmi olaraq icrasına başlandı.

EU4Digital proqramı Vahid Rəqəmsal Bazarın faydalarını Şərq Tərəfdaşlığı ölkələrinə genişləndirmək məqsədi daşıyır və Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal transformasiyanı dəstəkləmək üçün Aİ-nin flaqman regional proqramı olan EU4Digital təşəbbüsünün əsasını təşkil edir. 

Növbəti üç il ərzində EU4Digital proqramının II mərhələsi telekommunikasiya qaydaları, elektron etimad və transsərhəd rəqəmsal xidmətləri, e-ticarət, İKT və innovasiyalar və startap ekosistemi, e-səhiyyə və rəqəmsal bacarıqlar kimi altı əsas siyasət sahəsini diqqət mərkəzində saxlayacaq. 

EU4Digital proqramının yenidən icrasına başlanması münasibətilə EU4Digital təşəbbüsü onlayn formatda iki tədbir təşkil edib – 2022-ci il oktyabrın 24-də Şərq Tərəfdaşlığı Rəqəmsallaşdırma Konfransı və oktyabrın 25-də EU4Digital proqramının II mərhələsinin təqdimatı mərasimi və proqramın Koordinasiya komitəsinin iclası. Onlayn tədbirlərə Aİ və Şərq Tərəfdaşlığı ölkələrindən 200-dən artıq nümayəndə qatılıb. Müzakirələrdə müasir çətinliklərin aradan qaldırılmasında və dayanıqlı, davamlı hökumət, iqtisadiyyat və cəmiyyətin qurulması istiqamətində rəqəmsal texnologiyaların rolundan danışılıb.

Daha çox öyrən

Mətbuat üçün açıqla



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,