Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü: Aİ-nin sanksiyalarına əlavə 15 fərdi şəxs və 9 müəssisə daxil edilib  
Mart 18, 2022

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü: Aİ-nin sanksiyalarına əlavə 15 fərdi şəxs və 9 müəssisə daxil edilib  


Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzə görə daha 15 fərdi şəxs və 9 müəssisə Aİ-nin martın 15-də qəbul etdiyi dördüncü sanksiyalar paketi çərçivəsində Rusiyaya qarşı tətbiq edilən son məhdudlaşdırıcı tədbirlərin təsirinə məruz qalıb.

Siyahıda olan şəxslər arasında əsas oliqarxlar Roman Abramoviç və German Xan, eləcə də metallurgiya, enerji, bank işi, media, hərbi və ikili təyinatlı mal və xidmətlər kimi iqtisadiyyatın əsas sektorlarında çalışan digər tanınmış iş adamları var. Siyahıya həmçinin Ukraynadakı vəziyyətlə bağlı Kreml mövqeyini təbliğ edən Konstantin Ernst (Birinci Kanalın baş direktoru) kimi lobbiçilər və təbliğatçılar da daxildir.

Sanksiyalara aviasiya, hərbi və ikili təyinatlı şirkətlər, gəmiqayırma və maşınqayırma sektorları da daxildir.

“Biz daha çox oliqarxları və rejimə bağlı elitaları, onların ailələrini və iqtisadiyyatın rejim üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən sektorlarında iştirak edən tanınmış iş adamlarını sanksiyalar siyahısına əlavə edirik. Bu sanksiyalar həm də prezident Putinin Ukrayna xalqına qarşı müharibəsini müşayiət edən dezinformasiya və təbliğatda aparıcı rol oynayanlara qarşı yönəlib. Mesajımız aydındır: Ukraynanın işğalına şərait yaradanlar öz əməllərinin əvəzini ödəyirlər”, – deyə Aİ-nin Ali nümayəndəsi Cozep Borrel bildirib. 

Ümumilikdə, Aİ-nin məhdudlaşdırıcı tədbirləri 877 fərdi şəxsi və 62 müəssisəni əhatə edir.  Siyahıdakı şəxslərin aktivləri dondurulur və Aİ vətəndaşları və şirkətlərinə onlara vəsait vermək qadağandır. Fiziki şəxslər əlavə olaraq Aİ ərazilərinə daxil olmaq və ya tranzit keçməkdən çəkindirən səyahət qadağasına məruz qalırlar.

Şura həmçinin bu yaxınlarda Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı sanksiyaların daha altı ay müddətinə, 2022-ci ilin sentyabrın 15-nə qədər uzadılması barədə qərar qəbul edib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,