Rekord sayda müraciətçi arasından 650-dən artıq yeni Gənc Avropa səfiri seçilib 
Dekabr 5, 2023

Rekord sayda müraciətçi arasından 650-dən artıq yeni Gənc Avropa səfiri seçilib 


“EU NEIGHBOURS east” proqramı ŞT ölkələri, Aİ-yə üzv ölkələr və Böyük Britaniyadan olan 2 126 gənc namizəd arasından Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü üçün seçilmiş 657 yeni Gənc Avropa səfirini salamlayır.  Artıq şəbəkədə 1 162 aktiv Gənc Avropa səfiri var. 

Daxil olan müraciətlərin hərtərfli seçim prosedurundan sonra Azərbaycandan 114, Belarusdan 14, Ermənistandan 74, Gürcüstandan 98, Moldovadan 108, Ukraynadan 121 və Aİ/Böyük Britaniyadan 128 yeni Gənc Avropa səfiri seçilib.

Təşəbbüsə yeni qoşulan 16-26 yaş arası gənclər YEAs Akademiyası vasitəsilə onları qarşıda duran vəzifələrə hazırlayan təlimlərdə iştirak edəcəklər.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə üzv ölkələrdən və Böyük Britaniyadan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.

2023-cü ilin oktyabr-yanvar ayları arasında Gənc Avropa səfirləri regionda və Aİ-də 821 tədbirdə iştirak ediblər. Builki üzbəüz tədbirlərin sayı isə 52 000-ə çatıb. 3,8 milyondan artıq onlayn tədbir baş tutub.

YEAs təşəbbüsünə qoşulmaq istəyən gənclər üçün ildə bir dəfə ərizə qəbulu keçirilir. Ərizə qəbulu və ərizə forması haqqında daha ətraflı məlumat burada və “EU NEIGHBOURS east” layihəsinin iştirak imkanları bölməsindədir. Məlumatlı qalmaq üçün abunə olun.

Daha çox öyrən

Gənc Avropa səfirləri



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,