Regional inkişaf layihələri üçün “Regiostars” mükafatı
Fevral 26, 2021

Regional inkişaf layihələri üçün “Regiostars” mükafatı


Aİ tərəfindən maliyyələşdirilən və regional inkişafda mükəmməllik və yeni yanaşmalar nümayiş etdirən layihələr “Regiostars” adlı Avropa mükafatı üzrə müsabiqədə iştirak etməyə dəvət olunur. Qaliblərə media kampaniyasının keçirilməsi üçün 500 avro mükafat veriləcək. 

“Regiostars” Avropa Regional və Şəhər Siyasəti üzrə Baş Direktoratı  tərəfindən hər il təşkil olunan müsabiqədir. Onun məqsədi regional inkişaf üzrə qabaqcıl təcrübələri və Aİ-nin maliyyə dəstəyi ilə icra olunan innovativ layihələri aşkar etmək və digər regionlar, eləcə də  layihə rəhbərləri üçün ilhamverici və cəlbedici layihələri nümayiş etdirməkdir.

Bu ilki müsabiqə beş fərqli nominasiyada təqdim olunacaq: 

  • AĞILLI Avropa: Yerli müəssisələrin rəqəmsal dünyada rəqabət qabiliyyətinin artırılması
  • YAŞIL Avropa: Şəhər və kənd yerlərində ekoloji təmiz və dayanıqlı icmalar 
  • ƏDALƏTLİ Avropa: İnteqrasiyanın artırılması və ayrıseçkiliyin qarşısının alınması.
  • ŞƏHƏR Avropa: Funksional şəhər yerlərində ekoloji təmiz, dayanıqlı və dairəvi qida sistemlərinin təşviqi.
  • İLİN MÖVZUSU: Regionlarda ekoloji təmiz yerdəyişmənin artırılması: Avropa dəmir yolları ili 2021

Müraciətlər layihə rəhbəri tərəfindən təqdim edilməlidir və Aİ-nin maliyyələşdirməsini təmin edən rəhbər orqanın (Avropa Regional İnkişaf Fondu, Birlik Fondu, Avropa Sosial Fondu, Üzvlük öncəsi alət və ya Avropa Qonşuluq Aləti) təsdiqi tələb olunur.

Finalçılar oktyabr ayında Avropa rayonlar və şəhərlər həftəsi çərçivəsində keçiriləcək təlim sessiyalarına dəvət olunacaqlar. Beş nominasiya üzrə qaliblər və ictimaiyyətin seçdiyi qalib 2021-ci ilin dekabrında Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək mərasimdə mükafatlandırılacaqlar. Beş nominasiya üzrə qaliblərə media kampaniyalarının keçirilməsi üçün 5000 avro dəyərində mükafat təqdim ediləcək.

Onlayn müraciət platforması 2021-ci ilin fevralın 9-dan mayın 9-na qədər açıq olacaq.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

“Regiostars” mükafatı 2021 onlayn müraciət platforması

 



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,