Psixi sağlamlığa dair məsləhət və ipucuların yer aldığı səhifə istifadəyə verilib
Oktyabr 26, 2022

Psixi sağlamlığa dair məsləhət və ipucuların yer aldığı səhifə istifadəyə verilib


“EU NEIGHBOURS east” layihəsinin hazırda davam edən “Dünya bizi dəyişməmiş, gəlin biz dünyanı dəyişək” adlı gənclər üçün kampaniyası çərçivəsində Azərbaycanlı gənclər üçün psixi sağlamlıq və rifah üzrə xüsusi səhifəsi istifadəyə verilib. Səhifədə gənclərin üzləşdiyi çətinliklər və onlarla mübarizə üsulları yer alıb.

Gənclik dövrü əksər insanlar üçün fürsətlər və dəyişikliklərin olduğu bir dövrdür. Ancaq bəziləri gənc yaşlarında təşviş, tənhalıq və hiddətlə üzləşirlər, eyni zamanda sosial şəbəkələr, pandemiya səbəbindən məhdudiyyətlər və izolyasiya, müharibə, iqlim və iqtisadi problemlər səbəbindən gərginliklər artır.

Səhifədə stresin öhdəsindən gəlmək, panik vəziyyətlərə nəzarət və pozitiv düşünmək üçün sadə məsləhətlər, həmçinin çətin günlər keçirən bir şəxsə kömək etməyin yolları barədə məsləhətlər var. Psixi sağlamlıq Avropa İttifaqında prioritet məsələlərdəndir. Bu yaxınlarda Aİ, pandemiya və münaqişələr, həmçinin “iqlim dəyişikliyi, uzun sürən müharibələr, məcburi köçkünlük, irqçilik və ya dezinformasiya ilə əlaqəli perspektivin itirilməsi” ilə vəziyyətin daha da pisləşdiyi bir dövrdə gənclərin sağlamlıq, eləcə də psixi sağlamlıq ilə bağlı xidmət və məlumatlara çıxışda qarşılaşdıqları çətinlikləri etiraf edərək, bütün dünyada gənclərin psixi sağlamlığını dəstəkləməyi vəd edən Aİ-nin xarici fəaliyyəti üçün ilk Gənclər üzrə Fəaliyyət Planını qəbul edib.

Kampaniya ərzində Gənc Avropa səfirləri şəbəkəsi vasitəsilə və Şərq Tərəfdaşlığı ölkələrindəki media və blogerlərlə əməkdaşlıq çərçivəsində “EU NEIGHBOURS east” layihəsinin sosial media kanallarında gənclər üçün iştirak imkanları və tədbirlər, həmçinin psixi sağlamlıq problemləri ətrafında müzakirələr keçiriləcək. Kampaniyada iştirak etmək üçün layihənin sosial media hesablarını  izləyin: Facebook, Instagram, TwitterLinkedIn.

Daha çox öyrən

Azərbaycan dilində psixi sağlamlıq və rifaha dair səhifə



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,