Peşəkar fotoqraflar üçün foto müsabiqə keçiriləcək
Noyabr 24, 2022

Peşəkar fotoqraflar üçün foto müsabiqə keçiriləcək


EU NEIGHBOURS east FOTOFESTIWAL ilə birlikdə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan peşəkar fotoqrafları 1 000 avro dəyərində mükafat qazanmaq şansı əldə etmək üçün Aİ tərəfindən maliyyələşdirilən “Ailə bağları” mövzusunda keçiriləcək foto müsabiqədə iştirak etməyə dəvət edir.

Ərizələrin son qəbulu tarixi 20 yanvar 2023-cü ildir.  

Ailəmiz bizi köklərimizə, mədəniyyət və adət-ənənələrimizə necə bağlayır, baxışlarımıza və gələcəyimizə necə təsir edir? Hansı bağlar ailəni təsnif edir və bağımlılıq hissini təmin edir?  Dəyişən dünya, texnologiyalar, münaqişələr, sevgi və itkilər bu əlaqələrə necə təsir edir?

Pandemiya və müharibə səbəbindən ailə bağlarının əhəmiyyətini və kövrəkliyini xüsusilə hiss etdiyimiz bir dövrdə peşəkar fotoqraflar üçün nəzərdə tutulmuş bu müsabiqəyə 8-20 fotoşəkildən ibarət layihə təqdim edərək iştirak etmək olar. 

Qısa siyahı 2023-cü ilin fevral ayının sonunda, qaliblər isə 2023-cü ilin mart ayında elan olunacaq. 

Hər ölkədən (Azərbaycan, Belarus, Ermənistan, Moldova, Gürcüstan və Ukrayna) bir qalib 1000 avro dəyərində pul mükafatı qazanacaq. Qaliblərlə müsahibələr “EU NEIGHBOURS EAST” proqramının internet səhifəsində nümayiş olunacaq.

Daha çox öyrən

Foto müsabiqəsi



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,