Müəllimlərin rəqəmsal bacarıqlarını təkmilləşdirmək üçün yeni onlayn alət istifadəyə verilib
Oktyabr 7, 2021

Müəllimlərin rəqəmsal bacarıqlarını təkmilləşdirmək üçün yeni onlayn alət istifadəyə verilib


Beynəlxalq Müəllimlər Günü münasibətilə Aİ ittifaqa üzv ölkələrdə və onların hüdudlarından kənarda müəllimlərin tədris prosesində rəqəmsal texnologiyalardan necə istifadə etdiyini öyrənmək üçün yeni alət istifadəyə verib. 

Aparılan sorğunun nəticələrinə əsaslanaraq “SELFIEforTEACHERS” adlı bu alət müəllimlərə rəqəmsal texnologiyalar sahəsindəki səriştələrini qiymətləndirməyə və hansı istiqamətdə təlim və dəstəyə ehtiyac olduğunu müəyyən etməyə kömək edir. 

Müəllimlər bu alətdən həm fərdi şəkildə, həm də komanda şəklində (çalışdıqları məktəb, region və ya ölkə daxilində) istifadə edə biləcəklər.

Alət Alman, İngilis, Fransız və Sloveniya dillərində çalışır. Önümüzdəki həftələrdə alətin digər Aİ-yə üzv dövlətlərin rəsmi dillərində istifadəyə verilməsi nəzərdə tutulub. SELFIEforTEACHERS aləti tərəfindən toplanan bütün cavablar anonimdir və heç bir şəxsi məlumat paylaşılmır. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

SELFIEforTEACHERS alətiMəlumat bülleteni: SELFIEforTEACHERS



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,