Avropa İttifaqının (Aİ) jurnalistlərə təqdim etdiyi əsas mükafatlardan biri olan Lorenzo Natali Media Mükafatı üçün ərizələrin qəbuluna başlanıb. Mükafat dünyanın istənilən yerində çalışan və ən aktual qlobal problemləri işıqlandıran jurnalistlərə təqdim olunur.
Avropa Komissiyası qeyri-bərabərlik, yoxsulluğun azaldılması, dayanıqlı inkişaf, ətraf mühit, biomüxtəliflik, iqlim dəyişikliyi, rəqəmsallaşdırma, iş və məşğulluq, təhsil və bacarıqların inkişafı, miqrasiya, səhiyyə, sülh, demokratiya və insan hüquqları mövzularında məqalə yazan və reportaj hazırlayan jurnalistləri onlayn qaydada müraciət etməyə çağırır.
Jurnalistlər məqalə, audio-vizual və ya multimedia işlərini aşağıdakı nominasiyalardan biri üzrə təqdim edə bilərlər:
İngilis, Fransız, İspan, Alman və Portuqal dillərindən hər hansı birinə tərcümə ilə müşayiət olunmaq şərtilə, istənilən dildə dərc olunan məqalə və reportajlar təqdim oluna bilər.
Qaliblərin hər biri 10 000 avro ilə mükafatlandırılacaq. Gənc jurnalistlər nominasiyasının qalibinə media tərəfdaşlarından birində təcrübə keçmək imkanı veriləcək.
Qaliblər 2023-cü ilin sonunda Brüsseldə keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.
Müraciətlərin təqdim olunması üçün son tarix 28 apreldir.
Daha çox öyrən
Lorenzo Natali Media Mükafatı üçün buradan müraciət edin
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,