Hər kəsin sağ-salamat olması üçün: Aİ tərəfdaş ölkələrdə peyvəndlərin paylaşdırılması üzrə mexanizm yaratmağı planlaşdırır
Yanvar 22, 2021

Hər kəsin sağ-salamat olması üçün: Aİ tərəfdaş ölkələrdə peyvəndlərin paylaşdırılması üzrə mexanizm yaratmağı planlaşdırır


Avropa Komissiyası, Şərqi və Cənub Qonşuluq ölkələri, Qərbi Balkanlar və Afrikaya xüsusi diqqət yetirərək ittifaqa üzv dövlətlərin tərəfdaş ölkələrlə bölüşdüyü peyvəndlərin təmin edilməsini təşkil etmək üçün “Team Europe” adlı mexanizm yaratmağa hazırlaşır.

Sözügedən tədbir Avropa Komissiyasının yanvarın 19-da qəbul olunmuş Kommünike: COVID-19 virusu ilə mübarizə üzrə vahid tədbirlərdə qeyd olunan çoxlu sayda tədbirdən yalnız biridir. Bu sənəd COVID-19 böhranına qarşı tədbirlərin əlaqələndirilməsi üzrə Avropa liderlərinin görüşündən iki gün əvvəl qəbul olunub.

Peyvəndlərin bölüşdürülməsi mexanizmi təhlükəsiz və təsirli peyvəndlərdən bərabər və ədalətli şəkildə istifadəni təmin etmək üçün qlobal təşəbbüs olan COVAX vasitəsilə ilkin dozaların verilə biləcəyi vahid pəncərə rolunu oynayacaq. Peyvəndlərin tədarükü artdıqca və COVAX birbaşa şirkətlərdən kifayət qədər böyük həcmdə peyvənd tədarük edənə qədər peyvəndə tələbat arta bilər.

“Bu günə qədər görülməmiş bu həmrəylik nümayişi avropalılarla birbaşa ünsiyyət və hər kəsin təhlükəsizlikdə olmadığı təqdirdə heç kəsin təhlükəsiz olmadığı prinsipini aydınlaşdırmaq üçün tərəfdaş ölkələrdə xüsusi ünsiyyət kampaniyası ilə müşayiət olunmalıdır”. Adı çəkilən kommünikedə belə deyilir.

Team Europe, COVAX-a dəstək olaraq bu günə qədər 853 milyon avro toplayıb və bununla da Aİ-ni COVAX-ın ən böyük donoruna çevirib.

Avropa Komissiyası ittifaqa üzv ölkələri 2021-ci ilin yayına qədər Aİ-nin hər yerində peyvəndləmə işinin sürətləndirilməsinə çağırır. Məqsəd yetkin əhalinin ən azı 70%-ni peyvənd etməkdir.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen peyvəndlərin çatdırılması və vurulmasının sürətləndirilməsinin vacibliyini vurğulayıb. “Hədəfimiz yay aylarına qədər yetkin əhalinin 70%-ni peyvənd etməkdir. Bu, bu virusla mübarizə işimizdə dönüş nöqtəsi ola bilər. Ancaq bu pandemiyaya yalnız dünyada hamı peyvənd olunduğu təqdirdə son qoya bilərik. Qonşularımızı və ortaqlarımızı peyvəndlə təmin etmək üçün səylərimizi gücləndirəcəyik”.

Avropa Komissiyası ittifaqa üzv dövlətlər ilə Aİ-nin məlumatların qorunmasına dair qanunvericiliyinə tam uyğun olaraq Aİ-də səhiyyə sistemlərində tanınan və istifadə edilə bilən və Ümumdünya Səhiyyə Təşkilatının sertifikatlaşdırma sistemləri vasitəsi ilə qlobal miqyasda genişləndirilən peyvənd sertifikatları üzərində işləməyə davam edəcək. 2021-ci il yanvar ayının sonuna qədər üzv dövlətlərin sertifikatlarının Aİ daxilində və xaricində səhiyyə sistemlərində sürətli istifadəsinə imkan verəcək vahid yanaşma qəbul ediləcək.

Eyni zamanda Avropa Komissiyası, epidemioloji vəziyyət yaxşılaşana qədər bütün vacib olmayan səyahətləri qətiyyətlə təxirə salmağı və yüksək riskli regionlardan səyahət edənlərin yoxlanılması daxil olmaqla mütənasib səyahət məhdudiyyətlərini tətbiq etməyi təklif edir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Kommünike: COVID-19 virusu ilə mübarizə üzrə vahid tədbirlər



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,