Gənc Avropa səfirləri Avropa Günü çərçivəsində Brüsseldə keçirilən tədbirlərə qatılıblar 
May 9, 2023

Gənc Avropa səfirləri Avropa Günü çərçivəsində Brüsseldə keçirilən tədbirlərə qatılıblar 


Mayın 6-da Avropa Günü münasibətilə Avropa təsisatları öz qapılarını bütün ziyarətçilərin üzünə açıb. Avropa Günü Avropa İttifaqının tarixində əlamətdar hadisəyə – 9 may 1950-ci ildə Şuman Bəyannaməsinin elan edilməsinə həsr olunur. Həmin gün Fransa Xarici İşlər Naziri və sonradan Avropa Parlamentinin prezidenti olan Robert Şuman Avropa Kömür və Polad İcmasının təsis edildiyini elan edib. Bu təşəbbüs uzunmüddətli sülhün təməlini qoyub və əsası beynəlxalq əməkdaşlıq modelindən ibarət olan bu icma hazırki Avropa İttifaqının yaradılmasında ilk addım kimi tarixə düşüb.

Brüsseldəki Avropa Günləri bütöv Avropada sülh və birliyin rəmzi olaraq hər il keçirilir. Aİ-nin ayrı-ayrı sahələrdəki fəaliyyəti barədə geniş ictimaiyyəti məlumatlandırmaq, eləcə də Aİ-nin müdafiə etdiyi dəyərləri nümayiş etdirmək məqsədilə 2023-cü ildə Avropa Günü çərçivəsində müxtəlif tədbirlər təşkil olunub. 

Bu il 4-6 may tarixlərində 14 Gənc Avropa səfiri (YEAs) Aİ və Avropa Komissiyasının fəaliyyəti haqqında daha dərindən öyrənmək üçün Brüsseldə keçirilən təntənəli tədbirlərdə iştirak ediblər. Onlar həmçinin Qərbi Balkanlardan və Cənub Qonşuluğu ölkələrindən olan Gənc Avropa səfirləri ilə əlaqələri möhkəmləndirmək imkanı qazanıblar. Gənclər Aİ təsisatlarını ziyarət edərək Aİ rəsmiləri ilə görüşüblər və təəssüratlarını sosial media hesablarında və bloq yazılarında paylaşıblar.

Bu ilki tədbirlər əsasən fasiləsiz təhsilin və yeni bacarıqlara yiyələnməyin əhəmiyyətinə həsr edilib. 2023-cü il Avropa Bacarıqlar İli elan edildiyi üçün Aİ-nin bütün dünyada həyata keçirdiyi proqram və təşəbbüslər vasitəsilə əmək bazarında tələb olunan və iqtisadiyyatın bərpasına, yaşıl və rəqəmsal keçidə töhfə verən müasir bacarıqlara yiyələnməyin vacibliyi təşviq edilir.

“EU Neighbours east” layihəsinin internet səhifəsində dərc olunan interaktiv kartlarda Azərbaycanda bacarıqların inkişafına yönəlmiş və Aİ tərəfindən maliyyələşdirilən proqram və təşəbbüslər haqqında ətraflı öyrənə bilərsiniz.



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,